Hizbullah yaydığı bəyanatda bildirib: “Bir qrup düşmən əsgəri Ayta əş-Şab qəsəbəsinə doğru irəliləməyə cəhd edərkən müqavimət döyüşçüləri onları artilleriya hücumları ilə hədəfə aldılar. Güclü atəş səbəbindən onlar geri çəkilməyə məcbur olublar.”
Bəyanatın davamında qeyd olunur: “Livanın İslami Müqavimətinin döyüşçüləri Netanyanın şərqindəki Beyt Layd hərbi bazasını raket hücumu ilə hədəfə aldılar.”
Livan müqaviməti bu gün döyüş əməliyyatı ilə bağlı yaydığı 11-ci bəyanatında bildirib: “İslami Müqavimətin mücahidləri Kariat Şmone qəsəbəsini raket atəşinə tutdular.”
Sizin rəyiniz